"AURO ARCHİTECT" MMC şirkəti istedadlı memarların, konstruktorların, zövqlü dizaynerlərin, inşaat sahəsi üzrə elmler namizədi və dissertantların, eləcə də Azərbaycan Memarlar İttifaqının üzvü olan baş memarımızın və təcrübəli inşaat mühəndislərimizin səmərəli xidmətləri nəticəsində uğurla fəaliyyət göstərir.
Şirkətimizin məqsədi layihələndirmə, dizayn, təmir və tikinti işlərinizdə sizlərə köməklik göstərmək və bu sahədəki yeniliklərlə sizləri yaxından tanış etməkdir.
Daim inkişafda olan şirkətimiz, zövqləri oxşayan memarlıq və dizayn işləri ilə əhaliyə milli və müasir dünya memarlığı təklif edir.
Şirkətimiz qısa müddətdə öz məsuliyyətli işləri ilə əhali arasında hörmət və etibar qazandığına görə Bakı, o cümlədən respublikamızın regionlarından sifarişlər qəbul etməklə bir çox dövlət və özəl obyektlərin layihələndirilməsi ilə yanaşı dizayn və təmir-tikinti işlərini uğurla həyata keçirmiş və sifarişçilər tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir. Belə ki, şirkətimiz ötən illər ərzində Masallı şəhərində Heydər Əliyev Mərkəzinin, Qobustan qəsəbəsində İdman zalının, Dövlət Sosial Müdafiə Fondunun Neftçala, Şirvan, Biləsuvar, Siyəzən və Şəmkir rayon şöbələrinin inzibati binalarının, Oğuz şəhərində 100 yerlik uşaq bağçası binasının, Bakı şəhəri, Binəqədi rayonu ərazisində 16 mərtəbəli yaşayış binasının, Şəmkir rayonu ərazisində “Baliq yetişdirmə təsərrüfatı”nın eləcə də, Goranboy rayonu, Dəliməmmədli şəhərində “Yanacaq doldurma məntəqəsi”nin, Salyan şəhərində qrunt sularının səviyyəsinin aşağı salınması işlərinin 3-cü mərhələsinin, Şəmkir rayonunun Ceyrançöl ərazisində 8000 ha əkinə yararlı torpaq sahəsinin suvarılması məqsədi ilə su kəmərlərinin, nasosxanaların və iri həcmli su anbarlarını layihələndirilməsini, eləcə də Lənkəran, Ucar, Sabirabad, Cəlilabad, Gədəbəy, Oğuz, Qəbələ və Bərdə rayonlarının bir sıra kəndlərində qaz xəttlərinin, Ağcəbədi rayonu Üzeyir Hacibəyov küçəsi və Xocəvənd qəsəbəsində su və kanalizasiya xəttlərinin çəkilişini uğurla həyata keçirmişdir. Bundan əlavə, Bakı şəhəri və Respublikanın müxtəlif şəhər və rayonlarında ofis, ticarət obyektləri, istehsal sahələrinin, çox mərtəbəli yaşayış və fərdi yaşayış evlərin layihələndirilməsini və tikintisini həyata keçirmişdir.
Şirkətimiz müxtəlif təyinatlı bina və qurğuların tam tərkibli layihə-smeta sənədlərinin (Dövlət Ekspertiza İdarəsinin tələb etdiyi formada) hazırlanması, istismara qəbulu və sənədləşdirilməsi, memarlıq, konstruksiya, mühəndis-kommunikasiya sistemlərinin layihələndirilməsi, topoqrafiya, mühəndisi-geoloji işlərin görülməsi, mühəndisi-geoloji hesabatların hazırlanması, müxtəlif təyinatlı bina və qurğuların, fərdi yaşayış və bağ evlərinin tikintisi, təmiri, eksteryer, interyer, landşaft dizayn layihəndirilməsi ilə bağlı bütün xidmətləri sizə təklif edir.
Müəllifi olduğumuz layihələr əsasında aparılan tikinti işlərinə təcürbəli mütəxəssislərimizin nəzarəti obyektlərin inşaasının sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə öz müsbət təsirini göstərir.
Bina və qurğuların layihələndirilməsi, eləcə də layihə sənədləri olmadan inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı məsləhətlərin verilməsi şirkətimizdə ödənişsiz həyata keçirilir.
Şirkətimiz fəaliyyəti ərzində işgüzarlığı, peşəkarlığı və son dərəcə ciddiliyi ilə seçilmişdir.
"AURO ARCHİTECT" şirkəti uğurlu fəaliyyətinin nəticəsi olaraq Cənubi Qafqaz regionunun 2017-ci ildə biznes sahəsində ən möhtəşəm mükafatı olan “Navigator Business Award” mükafatına layiq görülmüşdür.
"AURO ARCHİTECT" şirkəti olaraq görülən hər bir işə təminat və zəmanət veririk.