Bina və qurğuların layihələndirilməsi:

- Müxtəlif təyinatlı bina və qurğuların işçi layihələrinin hazırlanması
- Müxtəlif təyinatlı bina və qurğuların bərpasının layihələndirilməsi
- Yaşayış məhəllələrinin və əsas magistral küçə və yollarının tikinti –planlaşdırma layihələndirilməsi
- Ərazilərin şaquli planlaşdırılması və abadlaşdırılmasının layihələndirilməsi
- Bina və qurğuların memarlıq layihələndirilməsi
- Memarlıq abidələrinin bərpası
- İnşaat konstruksiyalarının layihələndirilməsi
- Magistral boru kəmərləri
- Rezervuarlar
- Elektrik stansiyaları
- Yüksək gərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğuları
- Elektrik təchizatı sistemləri
- İstilik təchizatı sistemləri
- Su təchizatı və kanalizasiya sistemləri
- Qaz təchizatı sistemləri
- Rabitə,radio və televiziya şəbəkələri və sistemləri
- Ventilyasiya və kondisionerləşdirmə sistemləri
- Soyuqluq təchizatı sistemləri
- Avtomatlaşdırma və nəzarət – ölçü cihazları
- Yanğın – mühafizə siqanalizasiyası və avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri
- Korroziyaya qarşı mühafizə tədbirlərinin layihələndirilməsi
- Smetaların tərtib edilməsi
- Tikintinin təşkilinin layihələndirilməsi

Belə ki, müxtəlif təyinatlı bina və qurğuların işçi layihələri Dövlət Ekspertiza İdarəsinin tələb etdiyi formada keyfiyyətlə və tam tərkibdə hazırlanması, təcrübəli memar və konstruktorlarımız, mühəndis-kommunikasiya sistəmləri üzrə mütəxəssislərimiz tərəfindən yerinə yetirilir. Bundan əlavə topoqrafiya, mühəndisi-geoloji işlərin görülməsi, mühədisi-geoloji hesabatların hazırlanmasıda bura daxildir. Eyni zamanda şirkətimizdə bərpa-gücləndirməyə ehtiyacı olan müxtəlif təyinatlı bina və qurğuların tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq bərpasının layihələndirilməsi həyata keçirilir (müvafiq təşkilatlar tərəfindən aparılacaq instrumental müayinə işlərindən sonra).

- Mənzillərin, fərdi yaşayış və bağ evlərinin eksteryer və interyer dizaynı
- Mənzillərin, fərdi yaşayış və bağ evlərinin yenidən planlaşdırılması
- İctimai və inzibati binaların eksteryer və interyer dizaynı
- İctimai və inzibati binaların yenidən planlaşdırılması

Mənzillərin, fərdi yaşayış evlərinin, bağ evlərinin, ictimai və inzibati binaların yenidən planlaşdırılması, eksteryer və interyer dizayn layihələrinin fərqli üslub, yüksək dizayn zövqlə milli və müasir memarlığa uyğun yerinə yetirilməsi təcrübəli memar-dizaynerlərimiz tərəfindən hazırlanır, sifarişçilərin istəyi əsasında həmin layihələrə uyğun aparılacaq təmir işləri üçün lazım olan inşaat materiallarının seçilməsində və təmir prosesində mütəxəssislərimizin iştirakı təmin edilir.

- Landşaft dizaynı işləri və işıqlandırma
- Bina və qurğuların xarici işıqlandırılması

Bina və qurğuların xarici işıqlandırması eləcə də obyekt sahələrinin, parkların və həyətyanı sahələrin landşaft dizayn işlərinin layihələri müasir tələblərə və sifarişçilərin zövqünə uyğun həyata keçirir.

Bina və qurğuların tikintisi:

- Çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi
- Fərdi yaşayış və bağ evlərinin tikintisi
- Xüsusi torpaq işləri
- Beton və dəmir – beton konstruksiyaların quraşdırılması
- Metal konstruksiyaların quraşdırılması
- Ağac konstruksiyaların quraşdırılması
- Fasad işləri
- Mühəndis – kommunikasiya və şəbəkələrinin qurulması işləri
- Hidrotexniki işlər
- Xüsusi qurğuların tikintisi və quraşdırılması
- Sənayə və mülki obyektlərin tikintisi

    

Müvafiq layihələr əsasında çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının vaxtında, iqtisadi cəhətdən sərfəli və keyfiyyətli inşa edilməsi və təhvil verilməsi şirkətimiz tərəfindən təmin edilir.

-Müxtəlif təyinatlı bina və qurğularda təmir və əsaslı təmir işləri
- Müxtəlif təyinatlı bina və qurğularda bərpa-gücləndirmə işləri

  

 Şirkətimiz müvafiq layihələr əsasında müxtəlif təyinatlı bina və qurğularda yüksək keyfiyyətli təmir, əsaslı təmir və bərpa-gücləndirmə işlərini yerinə yetirir.

- Müxtəlif təyinatlı bina və qurğuların sökülməsi
  

 Müxtəlif təyinatlı bina və qurğuların müvafiq layihə əsasında təhlükəsiz sökülməsi və inşaat tullantılarının həmin ərazidən daşınması ilə bağlı şirkətimizə müraciət edə bilərsiniz.

-Binalara qaz xətlərinin çəkilişi.
  

 Şirkətimiz qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olaraq binalara qaz xətlərinin çəkilişini həyata keçirir.

- Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidmət və təmirinin həyata keçirilməsi.
  

 Şirkətimiz mövcud qaydaların tələblərinə uyğun olaraq , yaşayış və qeyri yaşayış binalarında yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, eləcə də texniki xidmət və təmirini həyata keçirir.